Antonov: “Rusiya Gürcüstan ərazilərini işğal etməyib”

   Antonov: “Rusiya Gürcüstan ərazilərini işğal etməyib”
  08 Avqust 2024    Oxunub:796
ABŞ 2008-ci ildə Gürcüstanın Cənubi Osetiyaya təcavüzü ilə bağlı dezinformasiya yaymaqla regiona öxünün dağıdıcı təsirini dünya ictimaiyyətindən gizlətməyə çalışır.
AzVision.az xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov belə deyib.

“Vurğulamaq istərdim ki, ABŞ administrasiyasının həmin hadisələr barədə şərhi sırf dezinformasiyadır. Əslində, avqustun 7-dən 8-nə keçən gecə Qərbin tam dəstəyi ilə Cənubi Osetiya xalqına və sülhməramlılarımıza qarşı aqressiyanı məhz cinayətkar rejim (Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili) həyata keçirdi. Rusiya Federasiyası bu qeyri-insani hərəkətləri qətiyyətlə dayandırdı”, - səfirin Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliyinin teleqram-kanalında yerləşdirilən şərhində bildirilir.

Onun sözlərinə görə, bu cür yalançı ittihamların inadla yayımlanmasını davam etdirməklə Birləşmiş Ştatlar özünün Zaqafqaziyada dağıdıcı təsirini ifşa edən həqiqəti dünya ictimaiyyətindən gizlətməyə çalışır.

- Bizə qarşı əsassız hücumlar ABŞ hakimiyyətinin hələ də həqiqətlə üzləşməkdən qorxduğunu açıq şəkildə təsdiqləyir. Vaşinqton illərdir ki, Rusiyanın müdaxiləsi və işğalı ilə bağlı standart yalanlar yayır”, - Anatloi Antonov vurğulayıb.

Eyni zamanda, Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, “Moskva davamlı sülhün bərqərar olması üçün Tbilisi, Suxum və Sxinvali arasında dialoqun inkişafına kömək etməyə hazırdır”.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Gürcüstan   işğal  





Xəbər lenti