HƏMAS-ın yeni rəhbəri müəyyənləşib

   HƏMAS-ın yeni rəhbəri müəyyənləşib
  07 Avqust 2024    Oxunub:1177
Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca bu vəzifəyə yeni təyinat baş tutub.
AzVision.az xəbər verir ki, vəzifəyə HƏMAS-ın 50 nəfərlik Şurası tərəfindən təşkilatın 2017-ci ildən bəri Qəzza üzrə rəhbəri Yəhya Sinvar seçilib.

Sinvar İsrailə 7 oktyabr hücumunun əsas "memarı" sayılır.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, onun sələfi İsmayıl Haniyə ötən ayın 31-də İranın yeni Prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak məqsədilə paytaxt Tehrana səfəri zamanı iqamətgahına atılan raketlə öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   terror   rəhbər  





Xəbər lenti