Kamala Harris prezidentliyə rəsmi namizəd oldu

   Kamala Harris prezidentliyə    rəsmi namizəd    oldu
  06 Avqust 2024    Oxunub:1271
Prezident seçkilərində Demokratlar partiyasından namizəd kimi irəli sürülməsi ölkənin başçısı Co Bayden tərəfindən dəstəklənən ABŞ-nin vitse-prezidenti Kamala Harris onlayn səsvermənin nəticələrinə əsasən partiya nümayəndələrinin 99%-nin dəstəyini qazanıb.
Demokratlar partiyasının Milli Komitəsinin sədri Ceymi Harrisonun verdiyi açıqlamaya görə, Kamala Harris “onlayn səsvermədə iştirak edən nümayəndələrin 99%-nin dəstəyini qazanıb”. Amerika mediasının Harrisonun bəyanatına istinadən yaydığı xəbərdə 4567 partiya nümayəndəsinin indiki vitse-prezidentin ölkənin ali postuna namizədliyini dəstəklədiyi bildirilir.

“CBS” teleşirkəti qeyd edir ki, səsvermə avqustun 5-də başa çatdıqdan sonra Kamala Harris prezident seçkilərində namizəd kimi irəli sürülməsi təklifini qəbul edəcəyini açıqlayıb. Teleşirkət, öz növbəsində, səsvermənin nəticələrinin avqustun 19-22-də Demokratlar partiyasının Çikaqoda keçiriləcək Milli qurultayının katibi tərəfindən rəsmən təsdiqlənməsi şərtinə diqqət çəkib. Lakin onlayn səsvermənin nəticəsinə əsasən, Kamala Harris faktiki demokratların namizədi olub.

Harris ölkənin ən yüksək vəzifəsinə namizəd kimi irəli sürülmək üçün Demokratlar partiyasının Milli qurultayında iştirak edəcək 1976 nümayəndənin zəruri olan səsini alıb. Qeyd edək ki, Harrisin namizədliyi üzrə distansion səsvermə avqustun 1-də başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Harris   namizəd  





Xəbər lenti