Qərb Ukraynanın bərpasına pul xərcləmək istəmir

   Qərb Ukraynanın bərpasına    pul xərcləmək istəmir
  06 Avqust 2024    Oxunub:1156
Qərb ölkələri öz vətəndaşlarının pulunu Ukraynanın bərpasına xərcləmək həvəsi ilə alışıb-yanmırlar.
AzVision.az xəbər verir ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) keçmiş əməliiyat direktoru Maks Primoratsın “Wall Street Journal” nəşrində dərc olunan məqaləsində belə deyilir.

“Nə ABŞ, nə də Avropa Kiyevin yenidən qurulmasını maliyyələşdirmək üçün öz vergi ödəyicilərinin dollarlarından istifadə etməyə hazır deyil”, - analitik bildirib.

Maks Primorats Kiyevin ölkəni bərpa etmək üçün görməli olacağı əsas tədbirləri sadalayıb. Məsələn, Ukrayna iqtisadi islahatlar həyata keçirməli və amerikalı investorların ölkənin kənd təsərrüfatı, texnologiya və müdafiə sektorlarına çıxışını təmin etməlidir.

“Kiyevdən korrupsiyanın geniş vüsət almasına şərait yaradan 3500 dövlət müəssisəsini özəlləşdirmək və ya ləğv etmək tələb olunacaq”, - USAİD-in keçmiş məmuru deyib.

Dünya Bankının hesablamalarına görə, Ukraynanın bərpası 500 milyard dollara başa gələcək. Lakin rəsmi Liyev bunun üçün iki dəfə çox vəsaitə ehtiyacı olduğunu təkid edir.

Ər-Riyad Rusiyaya görə G7-ni hədələyib?
Bir müddət əvvəl Ağ Ev bildirib ki, G7 ölkələri Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynanı bərpa etməyi planlaşdırır. Hazırda isə G7 ölkələri Rusiyanın xarici banklarda dondurulmuş 300 milyard dollardan artıq aktivlərinin yerləşdirilməsindən əldə edilən qazancın Kiyevə verilməsi barədə razılığa gəliblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qərb   Ukrayna  





Xəbər lenti