Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcək

   Ermənistan KTMT-nin təlimlərində iştirak etməyəcək
  06 Avqust 2024    Oxunub:1202
Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşıdakı gələn iki təlimində Ermənistanın iştirak etməyəcəyi barədə qurumun üzvlərinnə xəbərdarlıq göndərib.
AzVision.az xəbər verir ki, bu təlimlərdən birincisi – “Kobalt-2024” Rusiya Milli Qvardiyasının (RMQ) rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək.

RMQ-nin mətbuat xidmətinin açıqlamasına görə, təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edəcək.

“İştirakçılar KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinə daxil olan bölmələr arasında təcrübə mübadiləsi aparacaq, xüsusi təyinatlılar tərəfindən qanunsuz silahlı birləşmələrin axtarışı, aşkarlanması və məhv edilməsi üzrə praktiki bacarıqlar qazanacaqlar. Onlar, həmçinin aviasiyadan və PUA-lardan istifadə etməklə binaya və nəqliyyata hücum, girovların azad olunması və yaraqlıların zərərsizləşdirilməsi təcrübəsini də sınaqdan keçirəcəklər”, - bəyanatda deyilir.

KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024” adlı daha bir təlimi isə sentyabrın 3-15 Qırğızıstanda keçiriləcək. Bu təliomlərdə də Ermənistandan başqa təşkilata daxil oplan bütün ölkələrin hərbçiləri iştirak edəcəklər.

KTMT-dən verilən məlumata görə, bu təlimlər Mərkəzi Asiya regionunda silahlı münaqişənin həlli üzrə birgə əməliyyatın hazırlanmasına yönəldiləcək.

KTMT ölkələrinin müdafiə nazirləri toplandı - Ermənistan iştirak etmir
"Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu bildirib. Ermənistan hakimiyyəti 2024-cü ildə KTMT-nin büdcəsinə üzvlük haqqı erməkdən də imtina edib.

Həmidə İbrahimova
Sahil İsgəndərov

AzVision.az


Teqlər:   KTMT   Ermənistan  





Xəbər lenti