İran Netanyahunun qətlinə hazırlaşır?

İran Netanyahunun qətlinə hazırlaşır?
  05 Avqust 2024    Oxunub:1292
İran parlamentinin üzvü Məhəmməd Qasim Osmani maraqlı açıqlama verib.
O, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq sərt addımlar atılacağını deyib. Osmani qisas kimi İsrailin baş naziri Binyamin Netanyahunu aradan götürməklə hədələyib.

İranlı deputat ümid edib ki, Tehran Haniyənin qanının yerdə qalmaması üçün növbəti kütləvi əməliyyatları həyata keçirəcək. İlk cavab əməliyyatı aprelin 13-də İsrailə qarşı kütləvi raket və pilotsuz təyyarə hücumları idi.

"Biz Netanyahunun ölümündən başqa heç bir cavab tədbiri ilə razılaşmırıq", - parlamentari vurğulayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti