ABŞ Venesuelada müxalifət liderlərinin həyatından narahatdır

ABŞ Venesuelada müxalifət liderlərinin həyatından narahatdır
  03 Avqust 2024    Oxunub:994
Amerika Birləşmiş Ştatları Venesuelada müxalifət liderlərinin həyatı və təhlükəsizliyi üçün narahatdır.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirib. Qeyd olunub ki, Dövlət katibi Antoni Blinken Venesuelada keçirilən prezident seçkilərindən sonra müxalifət liderlərinin təhlükəsizliyi və rifahı ilə bağlı narahatlığını ifadə edib və hər hansı siyasi motivli zorakılığı və repressiyaları pisləyib.

Vurğulanıb ki, müxalifətin namizədi Edmundo Qonzales daha çox səs toplayıb və prezident seçkilərində qalib gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti