İran XİN bütün BMT ölkələrini İsrailə qarşı birləşməyə çağırıb

İran XİN bütün BMT ölkələrini İsrailə qarşı birləşməyə çağırıb
  01 Avqust 2024    Oxunub:1171
HƏMAS-ın rəhbərlərindən İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın xarici işlər naziri Əli Baqiri Kani BMT-yə üzv olan bütün ölkələri İsrailin siyasətinə qarşı vahid cəbhə yaratmağa çağırıb.
AzVision.az xəbər verir ki, o, məktubu BMT-nin baş katibi Antonio Quterreşə və Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzaya göndərib.

Məktubda Haniyənin öldürülməsi “sülh və təhlükəsizliyin ciddi şəkildə pozulmasını ifadə edən və BMT Təhlükəsizlik Şurasının dərhal müdaxiləsini tələb edən təcavüzkar terror aktı” adlandırılır.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti