Blinken Haniyənin ölümündə əli olmadığını deyib

Blinken Haniyənin ölümündə əli olmadığını deyib
  31 İyul 2024    Oxunub:860
"Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsində ABŞ-nin əli yoxdur".
AzVision.az xəbər verir ki, bu barədə iyulun "CNA" xəbər portalına ABŞ dövlət katibi Entoni Blinken deyib.

İsrail mediası: "Fələstin İslam Cihadının lideri də həmin binada idi"
O bildirib ki, Vaşinqtonun Haniyəyə qarşı olan sui-qəsdlə bağlı heç bir əlaqəsi yoxdur: "HƏMAS siyasi büro rəhbərinin ölümünün Fələstin-İsrail münaqişəsinin gedişatına necə təsir edəcəyini hələ deyə bilmərik".

Bundan əlavə Blinken qeyd edib ki, vəziyyətin bundan sonra necə inkişaf edəcəyini təxmin etmək çətindir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   EntoniBlinken   HƏMAS  





Xəbər lenti