Ostin: "Vaşinqton diplomatik həllin tərəfdarıdır"

      Ostin:    "Vaşinqton diplomatik həllin tərəfdarıdır"
  30 İyul 2024    Oxunub:1128
ABŞ-nin müdafiə naziri Lloyd Ostin İsrail və "Hizbullah" arasında artan gərginliyə münasibət bildirib.
AzVision.az xəbər verir ki, o bu barədə Filippinin paytaxtı Manilada mətbuat konfransında danışıb.

"İsrailin şimalındakı "yüksək aktivliy"in genişmiqyaslı müharibəyə çevrilməsi riskindən narahatıq. Zənnimcə, döyüş qaçılmaz deyil, münaqişənin diplomatik həlli mümkündür", - o vurğulayıb.

(Lloyd Ostin və Antoni Blinken Filippinin müdafiə naziri Gilberto Teodoro və XİN rəhbəri Enrike Manalo ilə. 30 iyul 2024-cü il)

Yeri gəlmişkən, "Pentaqon" rəhbərinin ABŞ Dövlət katibi Antoni Blinkenlə Filippinə səfəri çərçivəsində onlar müvafiq həmkarları: Gilberto Teodoro və Enrike Manalo ilə təhlükəsizlik məsələləri üzrə danışıqlar aparıblar.
Yaxın Şərqdə ikinci cəbhə: Livan "Hizbullah"ın güdazına gedəcəkmi?

Digər tərəfdən, "Hizbullah" terror təşkilatının adı çəkilməyən yüksəkrütbəli nümayəndəsi "Al Jazeera"ya açıqlamasında "İsrailin istənilən hücumuna cavab veriləcəyini" diqqətə çatdırıb. O, eyni zamanda, "müxtəlif ölkələrin "uzlaşma" çağırışlarına əhəmiyyət verilməyəcəyini" söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Hizbullah   münaqişə  





Xəbər lenti