Məktəblilər yolu bağlamayıb - AÇIQLAMA

Məktəblilər yolu bağlamayıb - AÇIQLAMA
  18 Aprel 2013    Oxunub:1283
Gəncə şəhər İcra Hakimiyyəti şagirdlərin aksiyası ilə bağlı mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib
İcra hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, məktəblilərin Gəncədə aksiya keçirməsi xəbəri yalandır.

Gəncə şəhər İcra Başçısının müavini Naqif Həmzəyev bildirib ki, Gəncədə şagirdlər heç bir aksiya keçirməyiblər.

Başçının müavini qeyd edib ki, 31 saylı orta məktəbin müəllim və şagirdləri ilə görüşüb: “Belə bir hal baş verməyib. Nə şagirdlərin, nə müəllimlərin keçmiş direktorlarının öz ərizəsi ilə işdən kənarlaşdırılmasına etirazları var. Əksinə, onlar bunu çox normal qarşılayıblar. Əfqan Həsənov uzun müddət idi ki, orada direktor idi.

Üstəlik yolun bağlanması kimi etiraz ümumiyyətlə olmayıb, yayılan informasiya tam yanlışdır. Ola bilər ki, kimsə başqa məqsədlə belə bir informasiyanın yayılmasına cəhd göstərilib. Ola bilsin Əfqan müəllimin özünün belə informasiyanın yayılmasında marağı var, yaxud da başqa şəxslər tərəfindən belə xəbər yayılıb. Məktəb direktoru elə bir fenomen şəxs deyil ki, şagirdlər onun işdən çıxarılmasına görə etiraz eləsinlər. Bu, quraşdırılmış informasiyadır”.

N. Həmzəyev deyib ki, Ə. Həsənova işi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilib: ”Gəncədə təhsilin səviyyəsini qaldırmaq üçün geniş işlər görülür. Əfqan müəllimə də iki il idi ki, bu işlərin görülməsi üçün göstərişlər verilib. Yəqin ki, bu tapşırıqların öhdəsindən gələ bilmədiyi üçün özü öz ərizəsi ilə işdən çıxıb”.


Teqlər:  





Xəbər lenti