DİN: 2 kiloqram narkotik vasitə aşkarlanıb

 DİN:  2 kiloqram narkotik vasitə aşkarlanıb
  06 May 2024    Oxunub:729
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 4-də və 5-də ümumi çəkisi 1,9 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
DİN-dən AzVision.az- verilən məlumata görə, narkotik vasitələr – 1,5 kiloqramdan çox marixuana, 400 qrama yaxın metamfetamin, həmçinin 20 metadon həbi və 22 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: cinayət   narkotika   DİN  





Xəbər lenti