Sadır Japarov Ulu Öndərin məzarını ziyarət edib - FOTO

   Sadır Japarov Ulu Öndərin məzarını ziyarət edib -  FOTO
  24 Aprel 2024    Oxunub:828
Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AzVision.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

AzVision.az


Teqlər: Azərbaycan   Qırğızıstan   prezident   Ulu-Öndər  





Xəbər lenti