Xalq artistinin oğlu atasının evini satıb: “Orada yaşaya bilmədik”

   Xalq artistinin oğlu atasının evini satıb:    “Orada yaşaya bilmədik”
  07 Aprel 2024    Oxunub:803
“Anamın səhhəti ağır olaraq qalır. Evdə müalicə alır. Xəstəliyinə görə gözləri tamam zəifləyib. Həm qaraciyər, həm də insult xəstəliyi bir-birinə qarışıb. Səhərə kimi yatmırıq. Allahdan ümüdüzümü üzmürük. Allah bütün xəstələrə şəfa versin. Sosial şəbəkədəki rəyləri oxuyuram, hamı bizim, ailəmiz üçün dua edir”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib. O daha sonra əlavə edib.

“Anamın dərmanlarını pensiyası ilə alırıq. Bir-iki dərmanı var ki, bahadır. Hərdən birini alırıq. Min manat dərmanları edir. Kömək edənlər də var. Dayılarım da yardım edir. Anama hələ də qismət olmayıb ki, atamın məzarını ziyarət etsin. Onun üçün çox darıxır. Hər gün onu yuxuda görür. Elə bizim üçün də atamın yoxluğu çox çətindir. O sağ olsaydı, bəlkə də heç anam xəstələnməzdi, yatağa düşməzdi”- deyə o bildirib.

Rövşən Quliyev bildirib ki, atasının ölümündən sonra sənətkarın illərdir yaşadığı evi də satıblar.

“Atam dünyasını dəyişməzdən 3 ay öncə evin sənədlərini adıma keçirdim. Ona da demişdim ki, evi satıb iki ev alacam. Biri bacıma, biri də bizə. Çox sevinmişdi. Çox heyf ki, bu günləri görmədi. Onu itirəndən sonra bu evdə yaşaya bilməzdik. Hər şey üstümüzə gəlirdi. Elə zənn edirdik ki, qapı açılacaq və içəri girəcək. Ona görə də evi tez satıb, iki ev aldıq” deyə aktyorun oğlu bildirib.



AzVision.az


Teqlər:





Xəbər lenti