Yaponiyada 6 bal gücündə zəlzələ oldu

 Yaponiyada 6 bal gücündə zəlzələ oldu
  02 Aprel 2024    Oxunub:578
Yaponiyanın şimal-şərqində 6,0 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə “The Japan Times” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ İvate sahilinin şimal hissəsində, Sakit okeanın 71 km dərinliyində baş verib və sunamiyə səbəb olmayıb.

Zəlzələ nəticəsində iki nəfər xəsarət alıb.

Həmçinin bir həftə ərzində 5 baldan aşağı zəlzələlərin baş vermə ehtimalı barədə xəbərdarlıq edilib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti