İsveç səfirimiz COP29-la bağlı görüşlər keçirib

   İsveç səfirimiz COP29-la bağlı görüşlər keçirib
  19 Mart 2024    Oxunub:591
Martın 18-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədovun Yüksək Arktik Rəsmilər Şurasının (SAO) sədri və Norveçin Arktik səfiri Morten Hoqlund ilə onlayn formatda görüşü olub.
AzVision.az xəbər verir ki, görüş zamanı qarşı tərəf Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) hazırlanması və uğurla keçirilməsinə Norveçin dəstək verməyə hazır olduğunu bildirib.

İki ölkə arasında bu mötəbər beynəlxalq tədbirlə bağlı mümkün qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti