Məşhur cərrah: "Araq xərçəng yaradır"

Məşhur cərrah:    "Araq xərçəng yaradır"
  25 Yanvar 2024    Oxunub:1622
Rusiyanın məşhur cərrahlarından olan Aleksandr Umnov xərçəng xəstəliyi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, NEWS.ru-ya verdiyi müsahibədə deyib ki, tünd spirtli içkilər cinsiyyət orqanlarının və mədə-bağırsaq traktının xərçənginə səbəb olur.

“Araq kanserogendir. Bu, patogenlə ən çox təmasda olan toxuma hüceyrələrində mutasiyalara səbəb olur. Onun qəbulu zamanı mədə, mədəaltı vəzi, qaraciyər, qida borusu və ümumilikdə mədə-bağırsaq orqanlarının xərçəngi riski artır”, - o vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Araq  





Xəbər lenti