Yaponiya səmasında naməlum obyekt göründü - VİDEO

Yaponiya səmasında naməlum obyekt göründü    - VİDEO
  15 Yanvar 2024    Oxunub:966
Bu gün səhər saatlarında Yaponiya səmasında görünən müəmmalı obyekt sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yanan naməlum uçan obyekt ölkənin müxtəlif yerlərindən, əsasən Yaponiyanın şərq və şimal-şərq hissəsindən lentə alınıb.

“Yanan şar” formasında olan naməlum obyekt barədə ilk məlumatı isə Yaponiyanın Kanaqava prefekturasındakı Hiratsuka şəhərinin tarix-diyarşünaslıq muzeyinin kuratoru Daiçi Fudzii yayıb. Muzeydə astronomiya bölməsinə cavabdeh olan Fudzii sosial şəbəkə hesabında evində quraşdırılmış kameradan çəkilən kadrları da yayıb.

Kadrlarda parlaq alov saçan və surətlə uçan şar formalı obyektin səmadan necə düşməsi aşakr əks olunub. Fudzinin təhlilinə görə, obyekt saniyədə 42,4 kilometr sürətlə uçub və onun düşmə trayektoriyası Saqami körfəzindən Naqano prefekturasına qədər uzanıb.

Həmçinin yerli media bəzi ərazilərdə partlayışa bənzər səslərin eşidildiyini yazıb.

"Bu isə meteoritə xas xüsusiyyətdir", - muzeyin kuratoru qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yaponiya  





Xəbər lenti