Dünyanın ən təhlükəsiz 25 aviaşirkətinin adı açıqlanıb

   Dünyanın ən təhlükəsiz 25 aviaşirkətinin adı açıqlanıb
  04 Yanvar 2024    Oxunub:1563
Dünyanın aparıcı hava yolları təhlükəsizliyi və məhsul reytinqi platforması olan "Airline Ratings" 2024-cü il üçün "25 Ən Təhlükəsiz Hava Yolları" siyahısını açıqlayıb.
AzVision.az xəbər verir ki, ən təhlükəsiz 25 aviaşirkətin seçimi son beş ildə baş vermiş qəzaları, son iki ildə baş vermiş ciddi insidentləri, aviasiyanı tənzimləyən orqanlar və aparıcı təşkilatların yoxlamaları, dövlət yoxlamaları, donanma yaşı və ekipaj hazırlığını əhatə edən hərtərəfli təhlilə əsaslanır.

Əməliyyat mükəmməlliyi və donanmada Airbus A350, Boeing 787 və 777-9 kimi qabaqcıl yeni təyyarələrin olması da seçkilərdə mühüm rol oynayır.

Dünyanın ən təhlükəsiz 25 hava yolu şirkəti aşağıdakılardır:

1-Air New Zealand
2-Qantas
3-Virgin Australia
4-Etihad Airways
5-Qatar Airways
6-Emirates
7-All Nippon Airways
8-Finnair
9-Cathay Pacific Airways
10-Alaska Airlines
11-SAS
12-Korean Air
13-Singapore Airlines
14-EVA Air
15-British Airways
16-Türk Hava Yolları
17-TAP Air Portugal
18-Lufthansa/Swiss Group
19-KLM
20-Japan Airlines
21-Hawaiian Airlines
22-American Airlines
23-Air France
24-Air Canada Group
25-United Airlines


AzVision.az


Teqlər:





Xəbər lenti