Danimarkanın Kraliçası hakimiyyətdən gedir

Danimarkanın Kraliçası hakimiyyətdən gedir
  01 Yanvar 2024    Oxunub:1569
Danimarkanın Kraliçası II Marqrete Yeni il münasibətilə televiziya ilə xalqa müraciətində yanvarın 14-də hakimiyyətdən rəsmi şəkildə gedəcəyini açıqlayıb.

52 ildir hakimiyyətdə olan Kraliça müraciətində taxtı oğluna - vəliəhd Frederikə təhvil verəcəyini elan edib.

Səksən üç yaşlı II Marqrete hazırda Avropada ən çox taxtda qalan qadın monarxdır. O, eyni zamanda, dünyada hazırda hakimiyyətdə olan yeganə Kraliçadır. II Marqrete 1972-ci ildə atası Kral IX Frederikin ölümündən sonra taxta çıxmışdı.

Kraliça hakimiyyətdən getmək barədə qərarın 2023-cü ilin əvvəlində keçirdiyi cərrahiyyə əməliyyatından sonra qəbul olunduğunu açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti