Tovuzda vəziyyət necədir? - Deputatdan AÇIQLAMA

Tovuzda vəziyyət necədir? - Deputatdan AÇIQLAMA
  20 İyun 2014    Oxunub:977
Ötən gün axşam saatlarından etibarən Tovuzun Əlibəyli və Hacallı kəndləri düşmən atəşinə məruz qalıb və bir mülki şəxs yaralandı.
AzVision.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva ötən gecə baş verən hadisələrlə bağlı açıqlama verib.

Deputat bildirib ki, Ermənistan silahlı qüvvələri yenə də özlərinin insanlıqdan kənar əməllərindən əl çəkməyərək millət vəkili olduğu Tovuz rayonunun sərhəd kəndlərini yenə də atəşə tutub və Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb,yaralanıb.

Qənirə Paşayevanın sözlərinə görə, yaralanan şəxslə bağlı onun həkimləri ilə tez-tez əlaqə saxlayır:

“Ənayət xanım dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərlə tez-tez danışıram. Çox şükr ki, həkimlər Ənayət xanımın vəziyyətinin getdikcə müsbətə doğru getdiyini və sağalacağını,bir neçə günə övladlarının yanına, evinə qayıda biləcəyini deyirlər. Dualarınızı əksik etməyin. Ənayət xanımdan və bütün ön cəbhə kəndlərinin sakinlərindən və ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizdən. Hərbiçilərimizlə də danışdım. Ordumuz atəşkəsi pozan düşmənə layiqli cavab verir amma təssüf ki, məhz mülkü insanları silahlarla hədəfə almaq kimi çirkli xislətdən Ermənistan əl çəkənə oxşamır. Beynəlxalq təşkilatlardan artıq bu istiqamətdə sərt münasibət ortaya qoymasını gözləyir sakinlər. İnanmasalar da beynəlxalq təşkilatlara artıq haqsızlığın deyil,ədalətin yanında olun deyə səslənirlər”-deyə, deputat Qənirə Paşayeva əlavə edib.


Teqlər:  





Xəbər lenti