`Amazon`un ilk 3D smartfonu - VİDEO

`Amazon`un ilk 3D smartfonu - VİDEO
  19 İyun 2014    Oxunub:1290
Bu gün `Amazon` firması rəsmi olaraq ilk smartfonunu - `Fire Phone` təqdim edib.
AzVision.az-ın məlumatına görə, qurğu 4,7 dyum HD ekrana, Corning Gorilla Glass qoruyucu örtük, 2 qeqabayt operativ yaddaşa malikdir. Telefon həmçinin alüminium düymələrlə təchiz olunub.

Şübhəsiz ki, yeni telefonun əsas özəlliyi onun ön hissəsində yerləşdirilən 4 əlavə kamera və 3D interfeysdir. Bu cür kamera sistemi istifadəçinin başının tərpənməsinə reaksiya verir və istifadəçiyə ekrana toxunmadan albomdakə fotoları dəyişməyə və ya internetdə səhifələri çevirməyə şərait yaradır. Təqdimatda elan olduğu kimi, bu sistemi aldatmaq qeyri-mümkündür: Smartfon insanların və ya onların sifətlərinin əks olunduğu fotolara reaksiya verməyəcək.

AzVision.az smartonun əsas xüsusiyyətlərinin əks olunduğunu videonu sizə təqdim edir:



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti