"Post terminallarda ödənişlərin 27 faizi ağıllı cihazlardan edilib" - Mərkəzi Bank

   "Post terminallarda ödənişlərin 27 faizi ağıllı cihazlardan edilib" -    Mərkəzi Bank
  29 Noyabr 2023    Oxunub:1377
Bu ilin 10 ayında ölkə üzrə post terminallarda ödənişlərin 27 faizi ağıllı cihazlar vasitəsilə həyata keçirilib.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı Rəşad Qasımov "Ödənişlərin təhlükəsizliyi və Kibertəhlükəsizlik" mövzusunda seminarda deyib. O qeyd edib ki, qısa müddətdə buna nail olmaq uğurdur. Bu da nağdsız ödənişlərin həcminin artmasına səbəb olur.

"Rəqəmsal ödənişlərdən istifadə artdıqca dələduzların bu sahəyə marağı artır. Buna görə təhlükəsizlik tədbirləri daha diqqətdə saxlamanılmalıdır. Fırıldaqçılıq hallarına səbəb olan amillər texnologiyaların tətbiqində olan boşluqlar, maliyyə savadlılığının aşağı olması, əhalinin, xüsusi hədəf qrupunun təhlükəsizlik qaydalarını bilməməsidir. Bütün bunlar onların informasiyaların, vəsaitlərinin oğurlanmasına səbəb olur. Fırıldaqçıların əldə etdiyi məlumatları həssas məlumatlardır. Onlar bunu almaq üçün bank və ya dövlət qurumunun əməkdaşı, telefonla və ya email vasitəsilə əlaqə saxlayırlar. Öz vəsaitlərimizi nağd pul kimi məxfi saxlamalı və heç bir halda üçüncü şəxsə ötürülməliyik".

R.Qasımov qeyd edib ki, fırıldaqçılıq hallarında fişinq, vişinq, applikasiya metodları və saxta anti-virus xəbərdarlığından istifadə edilir : "İstifadəçilər hər hansı təhlükə hiss etdikdə kart bloklanmalıdır. Bu zaman bütün əməliyyatlar saxlanılır. İnvestisiya ilə bağlı saxta həllər də təklif edilir. Bu, Ponzi sxemi
Piramida və ya Səadət Zənciri adlandırılır. Qısa müddətdə daha çox gəlir əldə etmək adı ilə vətəndaşlar aldadılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti