“Kösəm sultan” tapıldı - VİDEO

“Kösəm sultan” tapıldı -  VİDEO
  13 İyun 2014    Oxunub:1328
Türkiyənin məşhur “Möhtəşəm Yüzyıl” serialı başa çatdıqdan sonra tarixi mövzuda daha bir serial çəkiləcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni serial Osmanlı tarxinin ən məşhur qadınlarından olan Kösəm Sultanın həyatından bəhs edəcək.

İl yarımdan sonra efirə verilməsi planlaşdırılan serialda Kösəm sultan rolunu “Hürrəm”i canlandıran Məryəm Uzerlinin oynacağı gözlənilirdi. Lakin sonradan edilən dəyişikliyə görə adı çəkilən obrazı Beren Saatın canlandıracağı bildirilir.

Ötən gün artıq serialın təqdimat çarxı efirə gedib.

Qeyd edək ki, əsl adı Anastasiya olan Kösəm sultan 1590-cı ildə Yunanıstanda doğulub. 15 yaşı olanda İstanbula göndərilən Anastasiya sultan I Əhmədin baş hərəmi olub. Zəkası ilə sultanı heyrətləndirən və sonradan Kösəm adıverilən Anastasiya qısa müddətdə bütün sarayda nüfuzlu qadına çevrilib. İki oğlu və bir nəvəsi sultanlığına şahid olan Kösəm sultanın həyatı haqqında çox sayda serial və film çəkilib.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti