Qoza yığıb satacaqdı, ayının qurbanı oldu
Xilok şəhərinin sakini olan qadın əri ilə iki qrupa qoşularaq qoza yığmaq üçün tayqa meşəsinə gedib. O, əri ilə birlikdə toplayacağı qozaları satmaq niyyətində imiş. Lakin qadının qəfil yoxa çıxmasından sonra planlar dəyişib.
Belə ki, kişi zəmbilini qozalarla doldurduqdan sonra əvvəlcədən toplandıqları yerə qayıdıb və orada yalnız qadının səbətinin qaldığını görüb. O, düşərgədə ana və bala ayının təzə izlərini aşkarlayanda qadını məhz ayının aparması qənaətinə gəlib.
İtkin düşən qadınını yeri və ya sağ olub-olmaması hələlik müəyyənləşməyib.
Tural Tağıyev
AzVision.az