Terrorçular daha bir şəhəri tutdu - İraqda

Terrorçular daha bir şəhəri tutdu - İraqda
  11 İyun 2014    Oxunub:773
“İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlıları İraq ərazisində daha bir şəhəri ələ keçirib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən İŞİD yaraqlıları İraqın Salah-əd-Din vilayətində yerləşən Bayci şəhərini ələ keçiriblər. Yaraqlılar bir sıra hökumət binasını məhv edib və yerli neft emalı zavodunu mühasirəyə alıblar. Ölkə hərbçiləri terrorçulara qarşı mübarizə aparmaqda acizdilər.

Qeyd edək ki, Bayci şəhəri İŞİD tərəfindən ələ keçirilən üçüncü şəhərdir. Bundan əvvəl terrorçular Mosul və Kərkük şəhərlərini ələ keçiriblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti