İsveç Kraliçası Bakıda

  15 Aprel 2013    Oxunub : 462
İsveç Kraliçası Bakıda
İsveç Kraliçası: “Cənubi Qafqaz Forumunun təşkili böyük uğurdur”
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İsveç Kraliçası Əlahəzrət Silviya Küveytə rəsmi səfəri zamanı bu ölkədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü Farida Allagahi Əlahəzrət Kraliça Silviyaya qurumun fəaliyyəti və mayın 6-8-də Azərbaycanda təşkil olunacaq Cənubi Qafqaz Forumu haqqında geniş məlumat verib.

Əlahəzrət Kraliça Nizami Gəncəvi haqqında məlumatlarda maraqlı olduğunu vurğulayaraq, dahi şairin adını daşıyan mərkəzin Cənubi Qafqaz Forumunun təşkilindəki uğurlarına görə xüsusi təbriklərini çatdırıb və bu sayda önəmli insanın bir araya gəlməsini böyük nailiyyət kimi qiymətləndirib. Kraliça Silviya xüsusi olaraq Qlobal Liderlər Alyansının yaradılması təşəbbüslərini alqışlayıb və belə bir vacib qurumla gələcək əməkdaşlıqda maraqlı olduğunuu qeyd edib.

Azərbaycanla İsveç arasında tarixi köklərə söykənən əlaqələrdən də söhbət açan İsveç Kraliçası Əlahəzrət bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nizami Gəncəvi Beynəlxaq Mərkəzinin iki ölkənin mədəni əlaqələrinin inkişafında vacib rol oynayacağını bildirib.

Küveytdə keçirilən görüş zamanı İsveç Kraliçası Əlahəzrət Silviaya Nizami Mukafatı da təqdim edilib. Mükafatın təqdimatından məmnun qaldığını qeyd edən Kraliça Silvia öz növbəsində Nizami Gəncəvi yaradıcılığına xüsusi maraq göstərdiyini bildirib.

Teqlər: