Ukraynada 40 separatçı məhv edilib

Ukraynada 40 separatçı məhv edilib
  10 İyun 2014    Oxunub:796
Ukraynanın Kramatorsk şəhərində hərbçilər anti-terror əməliyyatları çərçivəsində 40 separatçını məhv edib.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

“Ötən gün separatçılar Kramatorsk şəhərində yerləşən aeroportu minaatanlardan atəşə tutublar. Ukrayna hərbçiləri cavab atəş açıblar. İnsident nəticəsində ilkin məlumatlara 40 separatçı məhv edilib. Həmçinin, düşmənin iki mina atan maşını sıradan çıxarılıb.Ukrayna ordusunda itki yoxdur” – deyə, Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru Dmitriy Timçuk bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti