“Hindistan Ermənistanın düşdüyü vəziyyətdən istifadə edir” – Pakistandan baxış

   “Hindistan Ermənistanın düşdüyü vəziyyətdən istifadə edir” –    Pakistandan baxış
  19 Avqust 2023    Oxunub:4253
“Ermənistan 2020-ci ildə Dağlıq Qarabağ uğrunda Azərbaycanla müharibədə məğlub olandan sonra siyasi və iqtisadi cəhətdən ağır vəziyyətə düşüb. Zəif infrastruktura görə Ermənistan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edə bilmədi. Nəticədə Çin sərmayəsi İrəvandan yan keçərək, Bakıda cəmləşdi”.
Bu sözləri AzVision.az -a pakistanlı ekspert Zamir Əhməd Avan deyib. Onun fikrincə, belə vəziyyətdə İrəvanın iqtisadi və siyasi əlaqələrini şaxələndirmək məqsədilə digər Asiya ölkələri ilə yaxınlaşmağa çalışması Hindistanın xeyrinə işləyib.

“Fürsətcil ölkə olan Hindistan Ermənistanın zəifliyindən istifadə edərək, əlaqələri inkişaf etdirdi və silah satıb, valyuta qazanmağa başladı. Hindistanın niyyəti vəziyyətdən maksimum yararlanmaq və mümkün qədər çox şey əldə etməkdir”,- deyən ekspert bildirib ki, Pakistan Azərbaycanın mövqeyini tam dərk edir və Hindistanın regionu hərbiləşdirmə siyasətini, sabitliyi pozmağa çalışmasını pisləyir. Pakistan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, diplomatik və siyasi dialoq vasitəsilə daimi davamlı sülhə can atır, Hindistan isə Ermənistana silah-sursat verməklə gərginliyin artmasına səbəb olur.

Bununla yanaşı, Zamir Əhməd Avan Hindistan silahlarının Rusiya silahlarına alternativ olacağını düşünmür: “Çünki Rusiya da ağıllı dövlətdir və regionda maraqlıdır. Regionda istənilən qarşıdurma Rusiya üçün də arzuolunmaz ola bilər”.

Samir Vəliyev
Tariyel Həsənov




Teqlər: Pakistan   Hindistan  





Xəbər lenti