Gürcüstanın baş naziri azərbaycanlılara söz verdi

Gürcüstanın baş naziri azərbaycanlılara söz verdi
  06 İyun 2014    Oxunub:881
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bölgələrə səfəri çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində olub.
AzVision.az xəbər verir ki, baş nazir Marneuli rayonunun Dəmyə Görarxı kənd sakini Abbas Musayevə məxsus istixana təsərrüfatı ilə tanış olub.

A.Musayev Baş nazir İrakli Qaribaşviliyə məlumat verib ki, təsərrüfat 1,7 hektar sahəni əhatə edir və ildə 300-400 ton tərəvəz istehsal etmək gücünə malikdi.

Baş nazir yerlərdə bu cür istehsalat sahələrinin yaradılması üçün güzəştli aqrokreditlərin gələcəkdə də veriləcəyini vurğulayıb və kənd təsərrüfatının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. O, yerli məhsul istehsalının artırılmasını təmin edəcək əksər layihələrin həyata keçiriləcəyini bildirib.

Sonra İrakli Qaribaşvili rayonun Qullar kəndində yerli əhali ilə görüşüb. Kənd sakinləri üzləşdikləri bir sıra problemlərlə bağlı Baş nazirə məlumat veriblər. İrakli Qaribaşvili qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görüləcəyini deyib.

Baş nazir, həmçinin Tbilisi-Rustavi mərkəzi avtomobil yolunun tikintisinin gedişi, Gürcüstanın və Azərbaycanın birgə sərmayəsi hesabına inşa olunub və yaxın vaxtlarda istifadəyə veriləcək elektrik qurğuları şirkəti ilə də tanış olub.


Teqlər:





Xəbər lenti