Türkiyə Rusiya qazına alternativ axtarmaq niyyətindədir

   Türkiyə Rusiya qazına alternativ axtarmaq niyyətindədir
  10 İyul 2022    Oxunub:279
“Türkiyə Rusiya ilə qaz sənayesində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək, lakin qaz təchizatı sahəsində digər layihələri də inkişaf etdirməyi planlaşdırır”.
Bunu Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib. “Biz uzun illərdir ki, enerji sahəsində Rusiya ilə əməkdaşlıq edirik. Rusiya Federasiyası Türkiyə üçün hər zaman mühüm təchizatçı olub, hətta böhranlı dövrlərdə də etibarlı təchizat rolunu yerinə yetirib”, - Türkiyənin energetika naziri vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə heç vaxt Rusiyadan qaz qıtlığı yaşamayıb: “Biz mayeləşdirilmiş təbii qaz (LNG) daxil olmaqla mühüm enerji infrastrukturu yaratmışıq. LNG-nin təxminən 10%-i bazarımıza Amerika şirkətləri tərəfindən verilir”. O qeyd edib ki, qaz ehtiyatlarının tədarükü üçün müxtəlif alternativlər var və Ankara buna diqqət yetirmək istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti