ADNSU ilə Vorvik Universiteti arasında İkili Diplom Proqramına start verildi

ADNSU ilə Vorvik Universiteti arasında İkili Diplom Proqramına start verildi
  03 İyul 2023    Oxunub:2186
ADNSU ilə Vorvik Universiteti “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə İkili Diplom Proqramına start verildi
“Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında magistratura təhsil pilləsində İkili Diplom Proqramına start verilidi.

Bu proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə bərpa olunan enerji sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.

Başqa sözlə, İngiltərəyə getmədən İngiltərə təhsilini ölkəmizə gətirən bu ikili diplom proqramının əsas məqsədi bərpa olunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanmasıdır.

Fəaliyyəti, tamamilə, dövlət hesabına təmin ediləcək proqram çərçivəsində Azərbaycan təhsili üçün yeni imkanlar açacaq Tədris Proqramı 2024 QS dünya universitetləri reytinq cədvəlində 67-ci yerdə olan Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə reallaşacaq.

Proqram “Warwick Manufacturing Group” (WMG) tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və ADNSU-nun təqdim etdiyi altı modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı təklif edir.

Proqrama uyğun olaraq tələbələr İngiltərənin tanınmış bərpa olunan enerji şirkətlərinə baş çəkmək və Böyük Britaniyada günəş fermalarını və külək turbinlərinin istismar zonalarını araşdırma fürsətini əldə edəcəklər. Yay Məktəbi Sessiyası ərzində tələbələrə, həmçinin, “Advanced Renewable Energy Technologies” və “UK Renewable Energy Sector” fənn blokları tədris olunacaqdır

Sözügedən təhsil proqramı üçün tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin karbonsuz təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin edəcəklərdir.

Proqrama qəbul şərtləri:

6.5 IELTS imtahan balı (hər bir komponent üzrə minimum 6.0 olmaqla);

Namizədin motivasiyasını, şəxsiyyət və ünsiyyət bacarıqlarını, həmçinin yaradıcılığını nümayiş etdirən video müraciət (maksimum 2 dəqiqə uzunluğunda);

2023-cü il Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan magistraturaya qəbul imtahanından minimum 30 keçid balı;

Bakalavr dərəcəsinə uyğunluq (ixtisaslar posterdə qeyd edilib);

AzVision.az



Teqlər:





Xəbər lenti