Kiyev Amerikadan ölüm saçan raketlər almaq istəyir

   Kiyev Amerikadan    ölüm saçan    raketlər almaq istəyir
  21 Noyabr 2024    Oxunub:258
Ukrayna ABŞ prezidenti Co Bayden administrasiyasından Rusiya ərazisinə zərbələr endirmək üçün 2400 kilometrlik məsafəni qət edən “Tomaqavk” raketlərinin istifadəsinə icazə verməsini xahiş edə bilər.
AzVision.az xəbər verir ki, Ukrayna parlamentinin Milli Təhlükəsizlik Məsələləri Komitəsinin sədr müavini Yeqor Çernev “Politico” nəşrinə müsahibəsində belə deyib.

“Ukrayna hakimiyyəti Donald Tramp Ağ Evə qayıtmazdan əvvəl Amerika silahlarından istifadə imkanını nəzərdən keçirir. Kiyev Rusiyadakı müdafiə zavodlarına hücum etmək üçün “Tomaqavk” raketlərindən istifadə etməyi düşünür”, - qəzet yazır.

Qeyd edək ki, Ukrayna hakimiyyəti “Tomaqavk” raketlərinə malik olduğu barədə rəsmi açıqlama verməyib. Uçuş məsafəsi 2400 kilometr olan bu raketlər sözügedən göstərici üzrə “ATACMS” raketlərinin əhatə radiusunu yeddi dəfədən də çox üstələyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   ABŞ  





Xəbər lenti