Orban: "Qərbin dünyada hökmranlığı ideyası iflasa uğrayıb"

    Orban:    "Qərbin dünyada hökmranlığı ideyası iflasa uğrayıb"
  21 Noyabr 2024    Oxunub:310
"Artıq dünyada Qərb sivilizasiyasının hökmranlığı mövcud deyil. Asiya ölkələri müstəqil güc mərkəzlərinə çevrilib və Avropa həyatda qalması üçün yeni geosiyasi reallığa uyğunlaşmalıdır".
Bu fikri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən “Avrasiya Forumu” adlı beşinci beynəlxalq konfransında çıxışı zamanı deyib.

"ABŞ-nin fəaliyyəti nüvə risklərini artırır" - Çin XİN
O qeyd edib ki, Qərb ölkələri son onilliklərdə öz inkişaf modelini dünyaya sırımağa çalışıblar. Onlar ümid ediblər ki, digər dövlətlər Qərbin iqtisadi və maliyyə üstünlüklərini görərək bununla razılaşacaqlar. Bu il 100 illiyini qeyd edən Macarıstan Milli Bankının himayəsi altında keçirilən forumun iştirakçılarına müraciət edən hökumət başçısı “Bu ideya iflasa uğradı” deyib.

"Asiya dövlətləri müstəqil iqtisadi və siyasi güc mərkəzləri kimi yüksəlmək, mövcud olmaq və bu yolla davam etmək qabiliyyətini gücləndiriblər. Bunun nəticəsidir ki, dünya iqtisadiyyatının mərkəzi Şərqə yönəlib və Şərq ölkələrinin iqtisadiyyatı Qərb dövlətlərinin iqtisadiyyatından 4 dəfə sürətlə inkişaf edir. Bu, yeni reallıqdır",- o, qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Qərb   Macarıstan   Orban  





Xəbər lenti