Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə döyülüb

   Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə döyülüb
  22 Noyabr 2024    Oxunub:318
İşləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız Azərbaycan türkü olduğuna görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb.
AzVision.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, güneyli gənc sonda zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.


Həmidə İbrahimova
AzVision.az


Teqlər: Təbriz  





Xəbər lenti