Bu gün Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək

   Bu gün Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək
  01 May 2023    Oxunub:1302
ABŞ dövlət katibi Entoni Blinken bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.
AzVision.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 17:00-da Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutacaq.

Bundan əvvəl E.Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.

ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   XİN  



Xəbər lenti