TƏBİB Ağstafadakı qəza ilə bağlı məlumat yaydı

   TƏBİB Ağstafadakı qəza ilə bağlı məlumat yaydı
  29 Aprel 2023    Oxunub:1431
Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir.

AzVision.az


Teqlər:



Xəbər lenti