"Fransanın ölkəmizə qarşı mövqeyi 180 dərəcə dəyişib" - Ceyhun Bayramov
Nazir qeyd edib ki, biz Vətən müharibəsinə qədər Fransaya və Minsk qrupunun digər həmsədr ölkələrinə torpaqlarımızın işğalı, qaçqınlar və məcburi köçkünlər, qanunsuz məskunlaşma, təbii- mədəni sərvətlərimizin talanması barədə məlumat vermişdik. Lakin onların cavab o idi ki, biz vasitəçi olduğumuz üçün neytral olmalıyıq, tərəflərə hər hansı irad bildirə bilmərik. Bütün problemləri aranızda həll edin, biz də bunu dəstəkləyəcəyik. Lakin 2020-ci ildən sonra Fransanın ölkəmizə qarşı mövqeyi 180 dərəcə dəyişdi. Fransanın bu davranışını klassik olaraq ikili standartların təzahürü kimi görürük. Bu da qəbuledilməz və ədalətsiz yanaşmadır.
“Fransaya çox gözəl məlumdur ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın hərbi nəzarəti altındadır. Fransa tərəfindən Ermənistana bununla bağlı da hər hansısa çağırış edilməyib. Fransadan gələn heç bir rəsmi şəxs vəziyyətlə tanış olmaq üçün həmin səkkiz yaşayış məntəqəsinə getməklə bağlı təşəbbüs göstərməyib”, - deyə C.Bayramov vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


