Prezident: "Türkiyənin güclü sənayesi onun müttəfiqlərini gücləndirir"

      Prezident:    "Türkiyənin güclü sənayesi onun müttəfiqlərini gücləndirir"
  29 Aprel 2023    Oxunub:2195
"Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Türkiyənin önəmi, rolu gündən-günə artır".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də müttəfiqlərini gücləndirir. Türk ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır.

“Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir. Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti