Hikmət Hacıyev: “Ermənistanın mina terroru başqa vasitələrlə müharibənin davamıdır”

      Hikmət Hacıyev:    “Ermənistanın mina terroru başqa vasitələrlə müharibənin davamıdır”
  29 Aprel 2023    Oxunub:1872
“Ermənistanın Azərbaycan xalqına qarşı qəsdən mina terroru başqa vasitələrlə müharibənin davamıdır”.
AzVision.az -ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 28-də Tərtər rayonunda mina partlayışına münasibət bildirərkən bəyan edib.

Tərtərdə mina faciəsi: 3 nəfər həlak oldu
“Dünən üç humanitar minatəmizləmə operatoru Ermənistanın əkdiyi gizli ölüm toxumlarının qurbanı olub”, - deyə H.Hacıyev bildirib və həlak olan şəxslərin xidməti avtomobilinin qalıqlarının fotosunu özünün “Twitter” hesabında paylaşıb.



AzVision.az



Teqlər:  



Xəbər lenti