Mədət Quliyev Mişel Turk ilə görüşüb
AVF prezidenti müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, yeni və müasir standartlara uyğun yolların inşası, həmçinin digər quruculuq işləri haqqında geniş məlumat verib.
O, gənclərin motosiklet idmanına böyük maraq göstərdiklərini, bu idman növünün Azərbaycanda populyar olduğunu bildirib. M.Quliyev ölkə motosiklet idmanı üzrə yarışların keçirilməsi üçün inşa edilən yeni motokross treki, motoidmanın inkişafı istiqamətində aparılan digər işlər haqqında danışıb. Görüş zamanı birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


