Müharibədən sonra 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb

   Müharibədən sonra 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb
  28 Aprel 2023    Oxunub:1228
“Azərbaycanda Vətən müharibəsi başa çatdıqdan sonra 77 890 hektar ərazi minalardan təmizlənib, 87 min mina və partlamamış hərbi sursat aşkarlanıb”.
Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə müharibədən sonrakı dövrdə Azərbaycanda 298 nəfər minaya düşüb, onlardan 53 nəfəri ölüb, 245 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Ümumilikdə, 1991-ci ildən indiyədək Azərbaycanda mina partlayışları nəticəsində 358 uşaq və 38 qadın daxil olmaqla, 3377 nəfər ölüb və ya yaralanıb”.

ANAMA-nın İdarə Heyətinin sədrinin müavini Samir Poladov isə bildirib ki, Azərbaycan vətəndaşlarının həlak olduğu yalnız 48 mina partlayışı keçmiş təmas xəttində baş verib. Onun sözlərinə görə, ərazini təmizləmək üçün mina təmizlənməsi davam edən ərazilərdə hər gün 1700-dən çox mütəxəssis işləyir, bu fəaliyyətə 57 xüsusi texnika cəlb olunub


AzVision.az


Teqlər:



Xəbər lenti