ÜST: Azərbaycanda qızılca ilə bağlı narahatlıq yoxdur
“Bütün Avropa ölkələrində qızılca xəstəliyinə yoluxmada artım qeydə alınır. Bu da uşaqlar üçün çox ölümcül bir xəstəlikdir. Hələ ki, Azərbaycanda həmin xəstəliyə yoluxmaqla əlaqədar narahatlıq yoxdur. Ancaq bu, xəstəliyə əhəmiyyət verməmək və arxayınlaşmaq üçün əsas deyil. Mən buradan bütün valideynlərə səslənmək istəyirəm. Əgər övladınıza qızılca əleyhinə peyvəndi vurdurmamısınızsa, 11 yaşına qədər etdirə bilərsiniz. Həmin peyvəndin vurulması çox önəmlidir. Bundan əlavə, körpənin ikinci ayından başlayaraq digər əsas peyvəndləri vurdurmaq da vacibdir. Azərbaycanda verilən bütün peyvəndlər ÜST tərəfindən standartları təsdiq edilmiş keyfiyyətli və təhlükəsiz peyvəndlərdir. Bütün valideynləri övladlarını peyvənd etdirməyə dəvət edirəm”.
COVID-19 pandemiyası ilə bağlı epidemioloji vəziyyətdən danışan ÜST-nin ölkəmizdəki nümayəndəsi COVID-19 pandemiyasının yaxında bitəcəyinə ümidvar olduğunu bildirib: “Gündəlik yoluxma rəqəmlərində azalmanı görürük. Bu da bizi ümidləndirir. Lakin bu, o demək deyil ki, pandemiya bitib. Özümüzü qorumağa davam etməliyik”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


