Dövlət Taxıl Fondunda məhsulun saxlanılması müddətinə məhdudiyyət qoyulub

   Dövlət Taxıl Fondunda məhsulun saxlanılması müddətinə məhdudiyyət qoyulub
  28 Aprel 2023    Oxunub:1272
Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz.

Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula və təmizlənə) bilər.

AzVision.az


Teqlər:



Xəbər lenti