Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcək

   Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri görüşəcək
  27 Aprel 2023    Oxunub:1210
"Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq normallaşdırılması üçün həm Rusiya sülhməramlı kontingenti xətti, həm də siyasi xətt vasitəsilə lazımi səylər davam etdirilir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. "Rusiya ərazisində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünə dair razılaşma artıq var, tarix daha sonra açıqlanacaq"-deyə, o bildirib.

Zaxarova əlavə edib ki, Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirakı münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır.

AzVision.az


Teqlər:



Xəbər lenti