Azərbaycan hərbçiləri və hücum təyyarələri Türkiyəyə gedəcək

   Azərbaycan hərbçiləri və hücum təyyarələri Türkiyəyə gedəcək
  26 Aprel 2023    Oxunub:1034
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.

Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti