Bakı metrosunda 24 stansiyanın rəisi dəyişdirildi
"8 Noyabr" stansiyasının sədri Yusif Şabanov "28 May" stansiyasına, "Nizami" stansiyasının rəisi Vüsal Zehyalov "8 Noyabr" stansiyasına rəis keçib. Onun yerinə isə "Nəsimi" stansiyasının" rəisi Ramil Əliyev təyin olunub.
"Sahil" stansiyasının rəisi Nəbiyev Nurlan "Nəsimi" stansiyasına, "Gənclik" stansiyasının rəisi Əli Mayılov "Sahil" stansiyasına, Elmlər Akademiyasının rəisi Şaiq Heydərov "Gənclik" stansiyasına, "Qara Qarayev" stansiyasının rəisi İlqar Rüstəmov "Ulduz" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Mehman İbrahimov "Qara Qarayev" stansiyasına, "Həzi Aslanov" stansiyasının rəisi Vidadi İbrahimov "Xalqlar Dostluğu" stansiyasına, "Xalqlar dostluğu" stansiyasından Kamal Talıbzadə "Dərnəgül" stansiyasına rəis keçib.
Dərnəgül" stansiyasından çıxan Faiq Həsənov "Elmlər Akademiyası"na, "28 May" stansiyasının rəisi Müstəcəb Qurbanov "Beynəlxalq Avrovağzal" stansiyasına, Bənövşəyi xəttin "Memar Əcəmi" stansiyasının rəisi Niyaz Alıyev "Cəfər Cabbarlı" stansiyasına, "Ulduz" stansiyasının rəisi Elxan Zeynalov "Şah İsmayıl Xətai" stansiyasına,
"20 yanvar" stansiyasının rəisi Elçin Süleymanov "Bənövşəyi xəttin Memar Əcəmi stansiyasına, "Koroğlu " stansiyasının rəisi Vadim Məmmədov "Əhmədli" stansiyasına,
"Cəfər Cabbarlı" stansiyasının rəisi Nəsiman Səttarov "Neftçilər" stansiyasına rəis, Avtovağzal stansiyanın rəisi Əlişan Əliyev "İnşaatçılar" stansiyasına rəis gətirilib.
"Əhmədli" stansiyasının rəisi Cəmşid Cəfərov "Koroğlu" stansiyasına, "İçərişəhər" stansiyasın rəisi Cümşüd Cəfərov "Həzi Aslanov" stansiyasına təyinat alıb.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


