O bildirib ki, ilk dəfə 1998-ci ilin 27 iyul tarixində ona zəng olunub və H.Əliyev ilə görüşəcəkləri barədə məlumat verilib:
"O görüş çox çətin keçmişdi. Həmin gün məni qəbul etdi və söhbətimiz zamanı metropolitenin deposunun vəziyyəti ilə maraqlandı. Mən məruzə elədim ki, depoda vəziyyət yaxşı deyil, qatarlar tez-tez xətdən çıxır. Qatar sayı azdır. Ulu öndər qatar sayının az olmasının səbəbini soruşdu və Moskva metropolitenində satılan qatarların qiymətini öyrənməyimi tapşırdı.
|
| "Molodoy çelovek, salam əleyküm": Heydər Əliyevlə 3 saatlıq söhbət |
"Metrovaqonmarş" istehsal etdiyi qatarları "Bakı Metropoliteni"nə satmaq üçün bir vaqona 450 min dollar istədi. Amma eyni vaqonu Moskva metrosuna 325 min dollara satırdılar. O dövrdə ən ucuz qiymət məhz Moskvaya təklif edilirdi. Mən bunu məruzə edəndə H.Əliyev məktub yazmağımı istədi.
Məktubda H.Əliyev onlara bildirdi ki, "mən sizə həmin sexləri tikdirdim ki, məhsuldarlıq artsın". Moskvaya gedəndə bu məktubu H.Əliyevin adından "Metrovaqonmarş" rəhbəri Yuli Aleksandroviçə çatdırdım. O, Heydər Əliyevin məktubunu oxuyan kimi tapşırıq verdi ki, Bakı Metrosuna da bir vaqonun qiyməti 325 min dollara təklif edilsin və bu qiymətə isyədiyi qədər qatar ala bilər.
Həmin dövrdə "Bakı Metropoliteni" QSC dövlət büdcəsindən ayrılan 40 milyar dollar vəsait hesabına həmin qatarlardan 75 ədəd aldı. Bu isə o dövrdə depoda 80 faiz vaqonların yenilənməsi demək idi".
İlham Əliyevin hakimiyyəti dövründə metropolitenində baş verən dəyişikliklərdən danışan Tağı Əhmədov onu da əlavə edib ki, İlham Əliyev ulu öndərin layiqli davamçısıdır:
"Təkcə 44 günlük Vətən müharibəsi, qazanılan qələbə göstərdi ki, H.Əliyev məktəbi, ideyası, siyasəti İlham Əliyev üçün böyük məktəb olub. O bu ideyaları layiqincə davam etdirir".

Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


