Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr var
1.Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-26 dəqiqə gecikmə müşahidə olunur.
2.Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-27 dəqiqə gecikmə var.
3.3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 20-26 dəqiqə gecikmə müşahidə edilir.
4.Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-25 dəqiqə gecikmə müşahidə olunur.
5.Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-23 dəqiqə gecikmə qeydə alınır.
6.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 17-25 dəqiqə gecikmə müşahidə olunur.
7.Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-23 dəqiqə gecikmə var.
8.Xocalı prospekti - Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 15-21 dəqiqəyə gecikmə müşahidə olunur.
9.Binəqədi şosesi – şəhər istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-27 dəqiqə gecikmə müşahidə edilir.
10.Dilarə Əliyeva küçəsi hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə var.
11.Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə müşahidə olunur.
12.Salatın Əsgərova küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər 5 və 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-21 dəqiqə gecikmə qeydə alınır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


