Partlayışdan sonra axtarış-xilasetmə əməliyyatı davam edir - Fotolar

   Partlayışdan sonra axtarış-xilasetmə əməliyyatı davam edir -    Fotolar
  25 Aprel 2023    Oxunub:1950
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində yaranmış dağıntı ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
FHN-dən AzVision.az -a verilən məlumata görə, hazırda əməliyyat xüsusi texnikanın tətbiqi ilə həyata keçirilir.

Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.








AzVision.az


Teqlər:



Xəbər lenti